Aktual / Xəbəriniz olsun!

Gürcüstanda restoranlar və ticarət mərkəzləri BU TARİXDƏ açılacaq

Banu. | 27-05-2020, 22:29
146 0
Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq.

Bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.Big.az