Aktual / Xəbəriniz olsun!

İyunun 1-dən turistləri qəbul edəcək: Test yox, arayış yox…

Banu. | 26-05-2020, 23:37
932 0
Artıq koronavirusun olmadığı ölkə statusu alan Montoneqro iyundan etibarən sərhədlərini açaraq turizm mövsümünə başlayacaq.
İyunun əvvəlindən sərhədləri açmaq barədə qərar artıq qəbul olunub. İlk mərhələdə təkcə koronavirusa yoluxma ilə bağlı vəziyyəti yaxşılığa doğru dəyişən ölkələrdən turistlər qəbul ediləcək. Ancaq bu turistlərdən heç bir arayış tələb olunmayacaq. Montonero həmçinin ölkəyə gələn əcnəbilərin testdən keçirilməsi ilə bağlı təklifdən də imtina edib.
Bu sıraya Almaniya, Avstriya, Çexiya, Xorvatiya, Macarıstan, Yunanıstan, Albaniya və Sloveniya daxildir.
Ölkədə artıq kafe və restoranlar, çimərliklər açılıb, konteatrlar və teatrlar da yaxın günlərdə fəaliyyətini bərpa edəcək.
Xatırladaq ki, Monteneqro Avropada “virusdan azad ölkə” («country coronafree») statusu alan ilk ölkədir. Ölkədə ilk yoluxma halından sonra 68 gün ərzində virusla sərt mübarizə,o cümlədən komendant saatının tətbiqi uğurla nəticələnib. Son xəstə də artıq evə buraxılıb.Qazet.az