Aktual / Xəbəriniz olsun!

Mingəçevirdə maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu - Rəsmi açıqlama

Banu. | 26-05-2020, 23:31
167 0
Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. 

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq. Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.