Aktual / Xəbəriniz olsun!

"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI

Banu. | 26-05-2020, 21:42
102 0
Həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlarla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik
Fədayə Laçın-Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilib. Həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Maral Tahirqızı-Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zalında da həbs olunub.
Emil Rəhmanov-İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən saxlanılaraq iki il müddətinə azadlıqdan məhrum olunub.
Kamil Zeynallı-2019-cu ildə İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 10 sutka həbs cəzası alıb. Daha sonra bu ay xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs edilib.
İlham Mirzəyev-2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə itiham olunub və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüseyn Dərya-Narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb.
Elşad Xose-Narkotikdən istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.
Sakif Məmmədov-"Əjdər əmi" mahnısı ilə məşhurlaşan bu müğənni törətdiyi avtomobil qəzasına görə tutulub.
Aqil M Quliyev-2013-cü ildə aldığı pulu geri qaytarmadığına görə 1 il 6 ay həbs cəzası alıb.
Samir Cavadzadə-2011-ci ildə dostunu bıçaqladığına görə 1 ildən çox həbsxanada yatıb.
Tunar Rəhmanoğlu-“Avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.
Firuzə İbadovanın aktrisa bacısı Rəhilə İbadova-2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.Big.az