Aktual / Xəbəriniz olsun!

Qaz pulu ilə bağlı əhaliyə YENİ XƏBƏR VAR - Az öncə açıqlandı...

Banu. | 26-05-2020, 15:01
35 555 0
"Azəriqaz" İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirib.

AzadQadin.az xəbər verir ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. “Azəriqaz” İstehsalat Birliyi vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Məlumat üçün bildirək ki, bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür.

Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi, mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa, mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib ki, bəzən abonentlər mexaniki sayğacların köhnə olması ilə bağlı narahatlıqlarını ifadə edirlər: "Bu tip sayğaclar məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq, mexaniki sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. İtifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra, həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni, 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Başqa bir məqama aydınlıq gətirərək qeyd edək ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər". //Axeber.az