Aktual / Xəbəriniz olsun!

Çoxuşaqlı ana səhərəcən DÖYÜLDÜ - Haraya gələn olmadı

Banu. | 23-05-2020, 21:15
1 243 0
Rusiyanın Sankt-Peterburq şəhərində qəddarlığı ilə hər kəsi şoka salan dəhşətli hadisə baş verib. Belə ki, çoxuşaqlı ana Lidiya Kuxa vətəndaş nikahında olduğu əri tərəfindən bütün gecə boyunca döyülüb, 24 saat yardım gözləyib və xəstəxanada ölüb.

Məlumata görə, beş uşaq anası olan Lidiyanın 12 il bir yerdə yaşadığı əri ona hücum edib və tava ilə dəfələrlə başına zərbə endirib.

“VKontakte” sosial şəbəkəsində Lidiyanın qardaşı bildirib ki, qonşular səhərə qədər onun qışqırığını eşidiblər.

Qonşudan niyə polis çağırmadığını soruşduqda isə belə şeylərə öyrəşdiyini və onun üçün fərqi olmadığını deyib.Big.az