Aktual / Xəbəriniz olsun!

Xalq artisti: "Karantində arvadımı daha çox sevdim"

Banu. | 23-05-2020, 15:04
257 0

Xalq artisti Səməd Səmədov karantin günlərini Fatmayi kəndində olan bağında keçirib.
Azadqadin.az xəbər verir ki, müğənni ARB-nin "Ona qalsa" verilişində 45 illik xanımı ilə ilk dəfə bu qədər uzun müddət birlikdə zaman keçirdiyini etiraf edib:
"Karantində arvadımı daha çox sevdim. Gələn il bizim ailəli olmağımızın 45 ili tamam olacaq. Hesablasaq, bu 45 ilin 10 ilini heç bir yerdə olmamışam. Rayonlarda, xaricdə tədbirlər, toylar. Elə olub həftələrlə evə gəlməmişəm. Bu 3 ayı bir yerdə olduq. Elə ər-arvad var ki, 1 ildən sonra sevgi bitir, uşaqlara paylanır. 45 ildir, birlikdə yaşayırıq, hələ də bir-birimizi sevirik".