Aktual / Xəbəriniz olsun!

Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı

Banu. | 23-05-2020, 09:10
1 741 0
Ov zamanı Noksun maqniti ağır bir əşyaya yapışıb, yoldan keçən şəxsin köməyi ilə “şikarı” çəkib çıxarmaq mümkün olub. Gölün dibində tapılan əşya içərisində zərgərlik məmulatları, bloknot və çek kitabçası olan metal seyf imiş.

“Biz seyfi açdıq. Bilirdim ki, tapıntı hökumətə təhvil verilməli, onlar da bu sirri araşdırmağa başlamalıdırlar. Bu, həmçinin, Noksa belə vəziyyətlərdə necə davranmağın düzgün olduğunu göstərmək üçün əla fürsət idi”, - deyə uşağın atası Conatan bildirib.

Bryuerlər ailəsi tapıntı barədə polisi məlumatlandırıblar. Məlum olub ki, seyf səkkiz il öncə qonşuluqda yaşayan qadından oğurlanıb.

“Onun ilk elədiyi dizi üstə çökərək, Noksu qucaqlamaq və seyfi tapmağa kömək etdiyi üçün ona təşəkkür etmək oldu. Oğlum gələcəkdə polis olmaq istəyir, çünki araşdırma aparmaq, suallar vermək və məsələnin məğzini öyrənmək onun xoşuna gəldi”, - deyə Conatan əlavə edib. Big.az