Aktual / Xəbəriniz olsun!

"Fəxrəddinlə boşanma həddinə çatmışıq amma..." - Xatirə əri ilə münasibətlərindən danışdı

Banu. | 23-05-2020, 09:02
224 0
Müğənni Xatirə İslam Lent.az saytının canlı yayımında olub.
Müğənni canlı yayımda həyat yoldaşı Fəxrəddinlə münasibətlərindən danışıb. O, bildirib ki, Fəxrəddinin xasiyyəti çox qəlizdir onunla yola getmək çətindir:
"Fəxrəddin çətin adamdır. Onunla hər insan yola gedə bilməz. Mən elə bil ki, qayınanalı evdə yaşayıram. Məsələn, mən evdə kirli qab saxlaya bilmərəm, Fəxrəddin imkan verməz o qab orda qalsın. Elə vəziyyət olub ki, boşanma həddinə çatmışıq. Amma bu insanların qorxusundan mən hər mövzuda evdə suyam. Düzdür, mən Fəxrəddini çox istəyirəm. Ona o qədər hörmətim var ki, o, mənim başımın tacıdır. Əgər bizdə boşanma olarsa, Allah uzaq eləsin, millət məni günahkar biləcək. Ona görə hər zaman su olmalıyam". Big.az