Aktual / Xəbəriniz olsun!

Məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq – QƏRAR

Banu. | 22-05-2020, 00:09
10 149 0
AzaDqadin.az Pravda.az-ın xəbərinə görə bildirir ki, qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.
 
Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib
 
Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.
 
Düzəlişlər hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri əhatə edir.
 
Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır. Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər.
 
Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.
 
Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatacaq.