Aktual / Xəbəriniz olsun!

Məktəblər hansı tarixdə açılacaq? – RƏSMİ AÇIQLAMA

Banu. | 18-05-2020, 13:24
9 363 0
Koronavirus səbəbilə aylardır fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır.
Sosial şəbəkələrdə məktəb və bağçaların yanvar ayından etibarən başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Bununla bağlı mediapost-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu cür məlumatlar tamamilə əsassızdır:
“İnsanlar belə dəqiqləşdirilməmiş məlumatlara inanmamalıdır. Təhsil müəssisələrinin qaydaya uyğun olaraq nə zaman açılması nəzərdə tutulubsa, o zaman da açılacaq. Dərslərin sentyabr ayında açılması planlaşdırlıb”. az24saat