Aktual / Xəbəriniz olsun!

Mobil telefonumuzu koronavirusdan necə təmizləyək?

Banu. | 25-05-2020, 09:00
204 0
Alimlərin sözlərinə görə, koronavirusdan qorunmaq üçün insanlar gigiyenaya böyük diqqət yetirməli, əllərini tez-tez sabun və isti su ilə yumalıdır. Lakin əlinizi yusanız da, mobil telefonunuza toxunan zaman əllərinizin yenidən çirklənmək riski böyükdür. Çünki koronavirus səthlər üzərində bir neçə gün qalmaq xüsusiyyətinə malikdir. Bəs bunun qarşısını almaq üçün, mobil telefonlarımızı necə təmizləməliyik?

 əslində, korona ilə mübarizə aparmasaq belə, telefonları və digər mobil cihazları vaxtaşırı təmizləmək lazımdır. Lakin, koronavirusun bu qədər yoluxucu olmasını və səthlərdə bir neçə gün yaşaya biləcəyini nəzərə alaraq, onları daha tez-tez təmizləmək hamı üçün bir adətə çevrilməlidir.

Mobil telefonlarımızı təmizləmək üçün hansı vasitələrdən istifadə etməliyik?

Əllərinizin təmizlənməsi və dezinfeksiyası üçün istifadə etdiyiniz vasitələrdən telefonların təmizlənməsi üçün də istifadə edə bilərsiniz, lakin bəzi vasitələr digərlərinə nisbətən bu iş üçün daha uyğundur.Mütəxəssislər deyir ki, ən yaxşı tövsiyə, eynək təmizləmək üçün nəzərdə tutulan yumşaq bir parçanı, su və sabun qarışığı ilə nəmləndirib telefonu hərtərəfli silməkdir. Baxmayaraq ki, bəzi müasir smartfonlar suya davamlıdır, heç bir telefonun suyun altına salınması tövsiyə edilmir. Nəzərə alın ki, telefonunuzu təmizləməzdən əvvəl, onu enerji mənbəyindən ayırmaq lazımdır.

"Apple" nə tövsiyə edir?

Məşhur "Apple" şirkəti öz səhifəsində məhsullarının displey və digər çöl səthlərinin 70 faizlik izopropil spirt məhlulları və yaxud dezinfeksiyaedici salfetlərdən istifadə edərək silinməsini tövsiyə edir. Spirt tez bir zamanda telefonun səthi üzərindən buxarlanır və bütün mikrobları öldürür. Hər hansı kimyəvi ağardıcı vasitələrin istifadəsi tövsiyə olunmur və mobil cihazların su və ya təmizləyici vasitə ilə doldurulmuş qaba qoyub yuyulması, cihazınızı ciddi şəkildə zədələyə bilər. Həmçinin, yüksək alkoqol tərkibli mayelər smartfonun displeyi üzərindəki oleofob qatının zədələnməsinə gətirib çıxara bilər, buna görə də telefonu spirt və yaxud digər təmizləyici vasitə ilə təmizləyəndən sonra onu dərhal quru salfet və yaxud parça ilə qurutmaq zəruridir.Sonxeber.az