Aktual / Xəbəriniz olsun!

Yas mərasimlərinin keçirilməsi ilə bağlı təklif: Karantindən sonra da...

Banu. | 24-05-2020, 10:00
10 834 0

“İddia edirəm ki, koronavirusun ən böyük mənəvi xeyri dünya miqyasında Azərbaycan xalqına dəyib.
Ay yarımdır insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar”.
Bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.
Yas mərasimlərinin keçirilmə qaydasından şikayətlənən millət vəkili sözlərinə belə davam edib: “Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”.
Publika.az