Eurovision mahnı müsabiqəsinin ən yadda qalanları

Eurovision mahnı yarışmasının tarixi maraqlı faktlarla zəngindir. 1956-cı ildən bəri fasiləsiz keçirilən Eurovision Mahnı Müsabiqəsi Avropa Yayım Birliyinin (EBU) ən iri layihələrindən biridir. Bu yarışma İsveçrə televiziyasının rəhbəri Marsel Bezansonun adı ilə bağlıdır. O bütün Avropanı birləşdirən bir musiqi yarışmasının keçirilməsini təklif edib və həmin təklif Avropa Yayımlar Birliyinin (EBU) Baş Assambleyasında qəbul edilib. Avropanın ən nüfuzlu mahnı yarışması Avropa Yayım Birliyinə (EBU) üzv ölkələr arasında təşkil edilir. EBU belə bir müsabiqəni keçirməklə, qarşısına Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədləri qoyub.
Ümumiyyətlə, Eurovision Mahnı Müsabiqəsi bu illər ərzində maraqlı faktlarla yadda qalıb. Belə ki, 1956-cı ildən bəri keçirilən müsabiqədə yarımfinal mərhələsi 2004-cü ildən tətbiq edilib. 2008-ci ildən isə yarışmaya ikinci yarımfinal əlavə olunub.
İlk dəfə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərində keçirilən bu yarışmada 7 ölkə - Fransa, Almaniya, Niderland, İsveçrə, Belçika, Lüksemburq və İtaliya təmsil olunub. Yarışmaya hər ölkə 2 mahnı təqdim edib. Sonrakı illərdə müsabiqəyə bir ölkənin iki mahnı təqdim etməsinə icazə verilməyib. Müsabiqənin ilk qalibi İsveçrə təmsilçisi Lis Assia (Lys Assia) seçilib. Müğənniyə qalibiyyəti ifa etdiyi “Refrain” adlı mahnı qazandırmışdı.
Müsabiqənin şərtlərinə görə, səhnədə çıxış edən solist və qrup üzvləri birlikdə altı nəfərdən çox, mahnı isə 3 dəqiqədən artıq ola bilməz. Eurovision səhnəsində ifa qaydalarına əsasən fonoqram qadağandır. Bu günədək müsabiqədə 1100-dən çox mahnı ifa edilib. Təmsilçilərin əksəriyyətinin mahnılarını ingilis dilində təqdim etmələrinə baxmayaraq, qaydalara görə mahnı istənilən dildə oxuna bilər.
56 dəfə baş tutan müsabiqədə 24 ölkə qalib olub.
İndiyə qədər “Eurovision” mahnı yarışmasında İrlandiya 7 dəfə (1970, 1981, 1987, 1992, 1993, 1994, 1996), Fransa (1958, 1960, 1962, 1969, 1977), Lüksemburq (1961, 1965, 1972, 1973, 1983) və Böyük Britaniya (1967, 1969, 1976, 1981, 1997) hərəsi 5 dəfə, İsveç (1974, 1984, 1991, 1999) və Niderland (1957, 1959, 1969, 1975) isə 4 dəfə birincilik qazanıb.
Müsabiqədə ən çox qalibiyyət əldə edən İrlandiya müsabiqədə ardıcıl olaraq 1992, 1993, 1994 illərdə birincilik qazanmasına baxmayaraq, heç bir zaman Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyindən imtina etməyib.
Müsabiqədə İrlandiya ən çox qalib gələn ölkə olsa da, yarışmaya ən çox Böyük Britaniya ev sahibliyi edib. Digər qalib ölkələr müsabiqəni keçirməkdən imtina etdikdə belə Böyük Britaniya yarışmada ev sahibi olub. 1960, 1963, 1968, 1972, 1974, 1977, 1982 və 1998-ci illərdə Eurovision Mahnı Müsabiqəsinin ev sahibi olan Böyük Britaniya yarışmanı 5 dəfə öz qələbəsi, 3 dəfə isə digər ölkənin əvəzinə keçirib.
Portuqaliya 45 dəfə, Kipr 29 dəfə, Malta və İslandiya 24 dəfə bu müsabiqədə iştirak etməsinə baxmayaraq hələ də qalib olmayıb. Ümumiyyətlə 25 ölkə Eurovision Mahnı Müsabiqəsi tarixinə öz qələbəsini yazmayıb.
1975-ci ildən "Eurovision"da iştirak edən qardaş Türkiyə yalnız uzun müddətdən sonra - 2003-cü ildə qalib ola bilib. Bu qalibiyyəti ölkəyə Sertab Erener "Everyway That I Can" mahnısı ilə qazandırıb:
Müsabiqə tarixində maraqlı məqamlardan biri də EBU üzvlərindən bir neçə ölkənin - İordaniya, Livan, Əlcəzair, Misir, Liviya və Tunis müsabiqədə iştirak etmək hüququna malik olsa da, heç vaxt iştirak ərizələri verməməlidir. Livan 2005-ci ildə müsabiqədə iştirak üçün ərizə versə də, sonradan geri götürmüşdü.
Daha çox ənənəvi pop ifaçılarının qatıldığı "Eurovision 2006"da Finlandiyanın “Lordi” rok qrupunun qalib gəlməsi də maraqlı faktlardan sayılır. Qrup “Hard Rock Hallelujah” mahnısı ilə, qeyri-adi görkəmləri ilə Avropa ictimaiyyətinin rəğbətini qazanmağı bacardı və ölkələrinə hələlik yeganə qələbəni gətirdi. Müsabiqə ərəfəsində ölkəsində səhnə görkəminə görə böyük qınaq obyektinə çevrilən “Lordi” Finlandiyaya qalib döndü.
Eurovision Mahnı Müsabiqəsinin ən məşhur musiqi qrupu ABBA (1974), ən məşhur ifaçıları Alla Puqaçova (1978), Ajda Pekkan (1980), Selin Dion (1988), Lara Fabian (1988), Toto Kutunyo (1990), Patrisiya Kaas (2009) kimi tanınmışların iştirakı ilə də yadda qalıb.
Almaniyalı Ralf Ziqel (Ralph Siegal) bəstəkar və mətn yazarı kimi Eurovision Mahnı Müsabiqəsində daha çox iştirakçı kimi düşüb. O, Eurovision Mahnı Müsabiqəsində 19 dəfə iştirak edib.
Bu il də yarışmada olacaq maraqlı faktlar.Doğum gününü Bakıda keçirəcək Eurovision təmsiçiləri
Eurovision Mahnı Müsabiqəsi 2012-nin bəzi təmsilçiləri may ayında doğulub. Bu tarix həmin müğənnilərin həyatında Eurovision Mahnı Müsabiqəsinin Bakıda keçiriləcəyi günlərlə üst-üstə düşəcək. Eurovision.az saytı xəbər verir ki, bu sırada doğum gününü ilk qeyd edəcək müğənni Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou olacaq. Yunan təmsilçinin ad günü mayın 12-dədir. Türkiyə təmsilçisi Can Bonomo mayın 16-sı, Estoniya təmsiçisi Ott Lepland isə mayın 17-də dünyaya gəlib. Şou iştirakçıları arasında doğum günü müsabiqənin finalına təsadüf edən də var. Finala keçsə, Norveç təmsilçisi mayın 26-da ad gününü elə "Bakı Kristal Zalı" səhnəsində qeyd edəcək.
Finaldakı qələbə Norveç təmsilçisi üçün doğum günü hədiyyəsi ola bilər
Hər bir ölkəyə uğurlar.Kim layiqdirsə,o da qalib gəlsin
Siz hansı ölkəni favorit seçmisiniz?