Aktual / Xəbəriniz olsun!

Bakıda avtobus sürücüsü həbs edildi

Banu. | 7-04-2020, 19:43
108 0
Aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub.
Piyada xəstəxanaya yerləşdirilib
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.Publika.az