Aktual / Xəbəriniz olsun!

Azərbaycanda qadın sevdiyi evli kişi ucbatından iki dəfə həbs edildi - FOTOLAR

Banu. | 6-04-2020, 15:46
111 0
Azərbaycanda qadın sevdiyi evli kişiyə görə iki dəfə həbs edildi.
Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Amil Muradov bildirib.
Amil Muradov qeyd edib ki, o, balaca olanda valideynləri ayırılıb: "Atamın üzünü 14 yaşım olanda məhkəmədə görmüşəm. Anam, nənəm və mən bir yerdə qalırdıq. Sonra anam bir kişi ilə ailə qurub bizi atıb getdi. Mən əsgərlikdə olanda o kişi ilə yanıma gəlirdi. Daha sonra öyrəndim ki, o kişiyə görə həbs olunub. Həbsdən çıxandan sonra anamı yenidən yanıma gətirdim. Anam o kişiyə o qədər bağlanmışdı ki, məni yenə atıb getdi. Yenə də ikinci dəfə həbs edildi. Anama görə doğma nənəmin, qohumların mənə münasibəti dəyişdi. Mənimlə aqressiv danışırdılar. Deyirdilər ki, günahkar sənsən. Mən də dözməyib dayımın pulunu götürüb, evdən qaçdım. Bir daha o evə qayıtmadım. Toyum olanda oğlan evindən heç kim yox idi. Bu mənə zərbə idi. Anam da həbsdə olduğuna görə gəlməmişdi. Həbsdən çıxandan sonra da anam məni axtarmadı. Mən ancaq onu axtarırdım. Nəvəsi olanda yanına getdim, maraqlanmadı. Nənəm dünyasını dəyişəndə xalalarım pulu öz aralarında böldülər. Anama gün ağlasalar da, mənə heç bir dəstək olmadılar. Bu günə kimi anam mənimlə maraqlanmır. Dəfələrlə anamı yanıma gətirmək istəmişəm. Amma gəlməyib. Bildiyimə görə xərçəng xəstəsidir. Onun mənə ehtiyacı var. Anamın yanında olduğu kişi evlidir. Kişinin rəsmi həyat yoldaşından uşaqları da var".Sonxeber.az