Aktual / Xəbəriniz olsun!

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Banu. | 6-04-2020, 15:40
34 0
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 14 cinayətin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.Sonxeber.az