Aktual / Xəbəriniz olsun!

Saşa Yunisoğlu: “Nə ev təmizləyirəm, nə də yemək bişirirəm”

Banu. | 6-04-2020, 15:28
47 0
“Tətbiq edilən karantin rejimi günlərində evdən çölə çıxmamağa çalışıram. Təbii ki, səhər evdən çıxan, axşam qayıdan insan üçün evdə oturmaq çox çətindir”.
Bunu millimizin sabiq üzvü, hazırda “Sabah” klubunun 17 yaşadək futbolçulardan ibarət komandasında (U-17) məşqçi işləyən Saşa Yunisoğlu deyib.
O, zarafatından da qalmayıb:
“Bütün gün evdə oluram. Yox, nə ev təmizləyirəm, nə də yemək bişirirəm. Öz işlərim var. Bütün gün kresloda oturub filmlərə baxıram və uşaqlarla oynayıram”.
Ukrayna doğumlu 34 yaşlı məşqçi fiziki formasını qorumaq üçün məşq etdiyini də bildirib:
“Təbii ki, hər gün iki saat intensiv məşq edirəm. Çünki futbolçu karyeramı başa vursam da, məşqsiz qala bilmirəm. Bu, artıq vərdişdir və həyat tərzidir. Həm də iş üçün çox darıxıram.
Komandamız – “Sabah”ın U-17-si üçün ev şəraitinə uyğun məşqləri yazırıq. Gələcəyin də məşqlə bağlı işlərini görürəm. Məşqçilik etmək həm məsuliyyətlidir, həm da çox maraqlıdır. Həvəsdən düşmürük. Evdə otursaq da, işləyirik”.Saşa Yunisoğlu koronavirusla mübarizəni də futbol dili ilə izah edib:
“Neyləyək, bu virusa qalib gəlməliyik. Taktikamız da evdə, müdafiədə oturub, əks-hücuma çıxmaqdır. Hələlik ölkə olaraq virusa qarşı müdafiədəyik. Fürsət yaranan kimi hücuma keçəçəyik və inşallah, qalib gələcəyik”.Oxu.az