Aktual / Xəbəriniz olsun!

Məhəllə marketinə getmək üçün də icazə? - DİN-dən rəsmi cavab

Banu. | 5-04-2020, 22:34
8 273 0
Azərbaycanda yeni tətbiq edilən qaydalara görə, insanlar evdən ancaq icazə əsasında çıxa bilər. Hətta evin yaxınlığındakı, məhəllələrdəki obyektlərə getmək üçün də icazə tələb olunur.
Bu barədə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev deyib.
O bildirib ki, karantinin öz qaydaları var:
“Ancaq 3 halda vətəndaşlar evdən çıxa bilərlər. Səhhəti ilə bağlı həkimə getmək üçün, ərzaq təminatı, dərman preparatları, məişət mallar almaq üçün, yaxın qohumun vəfatı ilə bağlı. Bu 3 halda SMS yazaraq çıxa bilərlər. 8103-ə SMS göstərməklə icazə alınmalıdır. Hətta evin yaxınlığındakı marketə getmək üçün də SMS yazılmalı və cavab aldıqdan sonra evdən çıxmaq lazımdır”.
Cebhe.info