Aktual / Xəbəriniz olsun!

Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO

Banu. | 5-04-2020, 21:10
141 0
Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.
Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi "Priora" markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Sonxeber.az