Aktual / Xəbəriniz olsun!

Koronavirusa görə işsizlərə 190 manat veriləcək - Rəsmi

Banu. | 4-04-2020, 21:08
6 864 0
Koronavirusa görə işsizlərə 190 manat veriləcək - Rəsmi Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcək.
Bu barədə məlumat Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.
Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Bu, iki ay nəzərdə tutulub.
"Qafqazinfo"