Aktual / Xəbəriniz olsun!

Azərbaycanlı aparıcıdan təqdirəlayiq addım - VİDEO

Banu. | 31-03-2020, 19:21
182 0
Azərbaycan Televiziyasında xəbərlər proqramının aparıcısı Mümtaz Xəlilzadə efirdən tamaşaçılara olduqca maraqlı və həssas çağırış edib.
Gənc aparıcı sosial şəbəkələrdəki hesablarında həmin çağırışı paylaşaraq, #evdeqal həştəqi ilə insanları pandemiyadan qorunmağa səsləyib:
"Bizi izləməyə davam edin, hörmətli tamaşaçılar, əmin ola bilərsiniz ki, evdə oturub televizora baxmaq, reanimasiyada uzanıb tavana baxmaqdan daha yaxşıdır, salamat qalın, ən əsası sağlam qalın".
Bu düşündürücü söz oyunu sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub və həmkarları tərəfindən alqışlanıb.
Qeyd edək ki, Mümtaz Xəlilzadə bundan əvvəl intellektual verilişlərin aparıcısı və müəllifi olub.Big.az