Aktual / Xəbəriniz olsun!

Kanalizasiyada koronavirus aşkarlandı

Banu. | 26-03-2020, 21:50
836 0
Bu gün dünya üzrə koronavirusa yoluxan insanların sayı yarım milyonu keçəcək. İndiyədək olan staistika 471 min nəfərdir. Ölənlərin sayı 20 mini keçib. Vəziyyəti ağır olanların sayı isə 15 mindən çoxdur. Dünyanın 198 ölkəsi artıq bu bəla ilə üz-üzədir.
Hollandiya Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu (RIVM) epidemiyanın sıx olduğu Tilburg və paytaxt Amsterdamdakı kanalizasiya sularında koron virusunun tapıldığını açıqlayıb. Qurum virusun xəstələrin ifrazatı vasitəsilə suya bulaşdığını bildirərək, insanlardan çirkab sudan uzaq durmaqlarını tələb edib.
Həmçinin qeyd olunub ki, bu hal içməli suya aid deyil.Publika.az