Aktual / Xəbəriniz olsun!

Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu

Banu. | 26-03-2020, 15:25
63 0
Respublika ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam edir.
Polis əməkdaşları paytaxt küçələrində vətəndaşlara maska, əlcək, spirt paylayır.
Bu gün Azərbaycanın Xalq artisti Arif Quliyev Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları pozaraq şəhərə çıxıb.
Polis əməkdaşları Xalq artistinə yaxınlaşaraq, ölkə ərazisində yayılan koronavirus təhlükəsinin yaşlı insanlara daha çox təsir edə biləcəyini xatırladıb. Ona karantin qaydaları izah edilib və evə qayıtması tövsiyə edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.Oxu.az