Aktual / Xəbəriniz olsun!

Bakıda dörd yaşlı qız bədbəxt hadisənin qurbanı oldu

Banu. | 26-03-2020, 12:34
60 0

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz saatlarında dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub.
Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.
İlkin məlumatlara görə, evin həyətində 2016-cı il təvəllüdlü Məryəm Rəhimlinin üstünə qapı aşıb. Uşaq xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.Oxu.az