Aktual / Xəbəriniz olsun!

"9 və 11-ci sinif şagirdlərinə hansı mövzularda test tapşırığı veriləcək?"-DİM-dən AÇIQLAMA (ÖZƏL)

Banu. | 26-03-2020, 12:32
636 0
Bir sıra mətbuat orqanlarında yayılan xəbərə əsasən, təhsil eksperti Kamran Əsədov bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq.
Bununla bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, bu barədə heç bir rəsmi qərar verilməyib: "Dövlət İmtahan mərkəzi tərəfindən bu barədə heç bir rəsmi məlumat yayılmayıb. Kamran Əsədov sadəcə öz fikirlərini yazıb. Bayramdan sonra bizim tərəfimizdən rəsmi məlumat veriləcək. Hər hansı bir dəyişiklik olarsa ictimaiyyətə məlumat veriləcək".Sonxeber.az