Aktual / Xəbəriniz olsun!

Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

Banu. | 26-03-2020, 10:22
517 0
Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.
Hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.
Məlumata görə, “Piedmont Newnan” xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.
Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.
O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.Oxu.az