Aktual / Xəbəriniz olsun!

"Onların alnına "loxluq" yazılıb" - Faiq Ağayev küsülü olduğu müğənnilər haqda

Banu. | 25-03-2020, 22:16
302 0
20 il keçib heç kim çağırışıma cavab vermədi. Dedim ki, qucağımı açıram, heç bir şərtsiz gəlin barışaq. Kim gəldi? heç kim. Bir Aygün Kazımova ilə barışdıq".
Bu sözləri Xalq artisti Faiq Ağayev "Söhbətsiz" verilişində deyib. Müğənni küsülü olduğu həmkarlarından bəhs edib:
"Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox ey, qardaş, puldur. Mən də qayıtdım ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.
Digəri, təzə münasibət qururdu, istəmədi gələcək həyat yoldaşının yanında öpüm. Halbuki, biz gündə öpüşürdük, Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır.
Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım yoxdur, soruşuram hardadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını soyundurub ayaqlarını ovxalamalı idim?
Mənim günahım nədir onlarla barışım? Loxam? Alnıma loxluq yazılmayıb. Onların alnına "loxluq" yazılıb".
Qeyd edək ki, F.Ağayev həmkarları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.Axşam.az