Aktual / Xəbəriniz olsun!

Səhiyyə Nazirliyinin koronaviruslu əməkdaşı bir neçə gün öskürə-öskürə işə gəlib və...

Banu. | 25-03-2020, 20:23
902 0
İsrail Səhiyyə Nazirliyinin ictimai sağlamlıq şöbəsinin bir əməkdaşına koronavirus infeksiyası diaqnozu qoyulub. Qadın təcili yardım maşını ilə “Şaarey Zedek" xəstəxanasına aparılıb.

İsrail televiziyasının 13-cü kanalı qadının həmkarlarına istinadla tibb işçisinin öskürdüyünə baxmayaraq bir neçə gün işə getdiyini bildirib. Bundan əlavə, o, Səhiyyə Nazirliyinin Kiryat Malaxi şəhərində yerləşən çağrı mərkəzində də olub. Çağrı mərkəzinin işçiləri də karantinə alınıb.
Moderator.az