Aktual / Xəbəriniz olsun!

Uşaqlı ailələrə üç ay boyunca əlavə pul veriləcək

Banu. | 25-03-2020, 19:35
653 0
Rusiya Prezidenti hökumət və Mərkəzi Bankdan iqtisadiyyatın real sektorunun dayanıqlı inkişafı üçün əlavə tədbirlər işlənib hazırlanmasını xahiş edib.

Xəstəxana arayışları üzrə ödənişlər norma üzrə, ancaq bir aylıq minimal əməkhaqqından az olmayaraq ödənilməlidir.  
İşsizlik üzrə müavinət aylıq minimal əməkhaqqına bərabər götürülməlidir.
Aylıq gəlirin 30%-nin itirildiyi halda vətəndaşa itehlak və ipoteka kreditləri üzrə tətil təqdim olunmalıdır.
Kiçik və orta biznesə ƏDV istisna olunmaqla vergilərin və sığorta haqlarının ödənilməsi üçün yarım illik vaxt tanınmalıdır.
Prezident hökumət və Mərkəzi Bankdan iqtisadiyyatın real sektorunun dayanıqlı inkişafı üçün əlavə tədbirlər işlənib hazırlanmasını xahiş edib.

Çətin situasiyada olan müəssisələrə iflas üçün 6 aylıq moratorium qoyulsun.
Ölkədən xaricə çıxan bütün gəlir və faizlərə 15%-lik rüsum tətbiq edilsin.
Bank depozitlərinə olan rüsum faizi 13% stavka üzrə təyin edilsin.

Qeyd edək ki, bu günə olan məlumatlara görə, COVID-19 virusuna Rusiyada 658 nəfər (onlardan 410-u Moskvadadır) yoluxub. 29 nəfər sağalıb, 122 min nəfər həkim nəzarətindədir.

ÜST-ün məlumatına görə, bütün dünyada 370 mindən çox adam yoluxub, 16 min nəfər ölüb.