Aktual / Xəbəriniz olsun!

Koronovirus Bakıdan rayonlara da yayılıb? — Mətbuat sensasion məlumat yaydı

Banu. | 22-03-2020, 12:59
3 069 0

Koronavirus pandemiyası bütün dünyada sürətlə yayılmağa davam edir.
Yerli media koronovirusun Şimal bölgəsində yayılması barədə iddia səsləndirib.
 
Xəbəri yayan  “Kommersant.az”saytı iddia  edib  ki, virus yalnız paytaxt Bakıda yox, bölgələrimizdə də yayılmaqdadır. Belə ki, dünən Xızının kəndlərindən birində orta yaşlı qadın şikayətlərlə xəstəxanaya müraciət edib.
Sözügedən şəxs yoxlandıqdan sonra onda xəstəlik aşkarlanıb.
Hazırda qadının ünsiyyətdə olduğu şəxslər və ailə üzvləri karantinə alınıb.
Qeyd  olunan xəbər  hələlik  rəsmi  təsdiqini tapmayıb.
Qeyd edək ki,Azərbaycan höküməti koronovirusun yayılmasının qarşısını  almaq üçün  bütün zəruri addımları  atıb. Bununla bağlı ölkə Prezidenti 1 milyard manat ayırıb.Oxu24