Aktual / Xəbəriniz olsun!

Almaniyada koronavirusdan ölüm halları nə üçün aşağıdır? - Virusdan necə qorunmalıyıq?

Banu. | 21-03-2020, 09:01
509 0
ABŞ-ın Merilend ştatında yerləşən Cons Hopkins Univesiteti Almaniyada koronavirusa yoluxanların 15 mindən çox olduğunu, ancaq ölənlərin 44 nəfər olduğunu açıqlayıb. Bu məlumatlar Almaniyada ölüm nisbətinin İtaliya, İspaniya, ABŞ və Fransa kimi digər inkişaf etmiş ölkələrlə müqayisədə daha aşağı olduğunu göstərir.

Həm Almaniya daxilində, həm də xaricində mübahisə yaradan bu vəziyyət haqqında danışan mütəxəssislər bunun arxasında bir neçə amil olduğunu bildirirlər.

Almaniya dünyanın ən böyük test etmə qabiliyyətinə malik ölkələrindən biridir və çox sürətli bir şəkildə bir çox test nümunəsini tez bir şəkildə cavablandırır. Bundan əlavə, Almaniyada bu günə qədər virusa yoluxanların yaşı yüksək risk hesab olunan yaş qrupunun altındadır və bu da sağalma nisbətinin yüksəlməsinə səbəb olur. 

Həftədə təxminən 160 min test edilir

Almaniyanın koronavirusla mübarizədə əsas rol oynayan Robert Koch İnstitutunun professoru. Dr. Lothar Vieler hər həftə təxminən 160 min nümunə üzərində test etdiklərini söyləyib. Bu da gündə 22 mindən çox test edildiyi göstərir. Koronavirusla mübarizə mövzusunda örnək göstərilən ölkələrdən olan Cənubi Koreyada isə gündəlik edilən test sayı 15 minə yaxın idi. 


Vieler bəzi heyvan klinikalarının koronavirus testi edə biləcək laboratoriyalara çevriləcəyinə diqqət çəkərək, əllərindəki test dəstləri ehtiyatlarının çox yaxşı vəziyyətdə olduğunu vurğulayıb. Bundan başqa çox sayda test etməklə xəstəlik simptomları olmayan və ya çox az olan insanlara da Covid-19 diaqnozu qoyulduğunu, bunun sayəsində ölüm səviyyəsinin aşağı səviyyədə qaldığını söyləyib.

Virusa yoluxanların çoxu gəncdir

Ölüm nisbətinin aşağı səviyyədə qalmasında təsirli olduğu düşünülən başqa bir amil virusa yoluxanların yaş qrupudur. Robert Koch İnstitutunun məlumatlarına görə, Almaniyada koronavirusa yoluxanların 80 faizi 60 yaşa qədər şəxslərdir. Dünya miqyasında əldə edilən nəticələr 60 yaşdan yuxarı şəxslərin ölüm riskinin önəmli ölçüdə artdığını və ölümlərin böyük bir qisminin bu yaşdan yuxarı qruplarda olduğunu göstərir. 

Bütün bunlara baxmayaraq vəziyyətin hər an dəyişə biləcəyi isitqamətində də xəbərdarlıqlar edilir. Mütəxəssislər həm xəstə sayının, həm də ölüm nisbətlərinin arta bilcəyini də deyir.
Moderator.az