Aktual / Xəbəriniz olsun!

Energetik içkilərin xeyri və fəsadlarından xəbərdarsınız?

Terane | 5-05-2012, 20:20
2 578 62
"Mən gün ərzində iki-üç banka energetik içkidən istifadə edirəm. Hətta səhərlər halsız olduqda da bu içkilərdən içirəm ki, halım düzəlsin", - 22 yaşlı həmsöhbətim Ruzi Əhmədov deyir.
 
Bu gün energetik içkilərdən istifadə çoxalıb. Bəzən gənclərimiz bu cür içkilərin fəsadları haqda düşünmək belə istəmirlər. Qeyd edək ki, energetik içkilərin xeyri olduğu qədər fəsadları da var. Bu haqda Milli.Az-a həkim Nəcibə Axundzadə danışdı.

Energetik içkilər nədən ibarətdir?
Qeyd edək ki, bütün energetik içkilər iki yerə bölünür: birində kofein üstünlük təşkil edir, digərində isə vitamin və karbohidrogenlər. Qəhvə kimi içkilər iş adamları və tələbələr üçün yaxşıdır, vitamin və karbohidrogen tərkibli içkilər isə boş vaxtlarını idman zallarında keçirən insanlar üçün əlverişlidir. Hər bir energetik içkinin tərkibində B qrupu vitamin var. Energetik içkilərin hamısı qazlı olur. Tərkiblərində isə kofein, şəkər və B vitamini, amin turşuları olur.
Energetik içkilər qəhvədən fərqli olaraq insan orqanizminə 3-4 saat təsir göstərir. Halsızlıq və yuxusuzluq kimi hallar orqanizmdə neyromediatorlar az olduqda baş verir. Energetik içkilər isə onu əvəz edərək orqanizmə qüvvət verir. Lakin unutmaq lazım deyil ki, energetik içkilərin tərkibində olan vitaminlər multivitaminləri əvəz edə bilməz.

Bunlar kimlərə qadağandır?
"İlk növbədə unutmaq lazım deyil ki, uşaqlara, hamilə qadınlara və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara energetik içkilər içmək olmaz. Bəzən insanlar energetik içkiləri spirtli içkilərlə birlikdə istifadə edirlər. Bu isə düzgün deyil. Çünki energetik içkinin tərkibində olan kofein spirtin beynə təsirini gücləndirir. Energetik içkilərin tərkibində taurin adlı maddə də olur. Bu isə ürək fəaliyyətini gücləndirir.
Bəzən energetik içkilərin tərkibində inozit adlı maddə də olur. İnozit spirtin bir növüdür. Gün ərzində iki bankadan çox energetik içki istifadə etmək olmaz. Əks halda mənfi təsirlərin qarşısını almaq çətin olar.
Bəzən insanlar energetik içkilərdən idmanla məşğul olduqdan sonra istifadə edirlər. Bu isə təzyiqi yuxarı qaldırır. Energetik içkidən heç kimi ölüm gözləmir. Təkcə 150 banka energetik içki içən şəxsi ölüm təhlükəsi gözləyər", - N.Axundzadə dedi.
İnsan özü özünü aldadır 
 
Həkim N.Axundzadənin sözlərinə görə, əslində, energetik içkilərdən istifadə edərək insan öz orqanizmini aldatmış olur. Çünki bu içkilər həqiqətən də qüvvətləndirir, lakin süni şəkildə. Energetik komponentlərin içində olan taurin, karnitin maddələr mübadiləsini yaxşılaşdırır və yorğunluğu aradan qaldırır. Adətən, bu cür içkiləri 18-20 yaş arası gənclər içirlər. Lakin əvəzində sonradan iki dəfə çox enerji itirmiş olurlar.


İlk energetik içkilər nə vaxt yaranıb?
İlk dəfə energetik içkilər Çində yaranıb. Yaponiyada energetik içkilərin istehsalına 1960-cı ildə başlanılıb. 1929-cu ildə isə Böyük Britaniyada energetik içkiləri xəstəxanalarda müalicə üçün xəstələrə verirdilər. Yəni həkimin icazəsi olmasa, energetik içkilərdən istifadə etmək qadağan idi. ABŞ-da isə 1985-ci ildən energetik içkilərin satışına icazə verilir.
Energetik içkilərin fəsadları
"Baxmayaraq ki, energetik içkilər insana gümrahlıq hissi gətirir, bəzi hallarda halsızlığa da səbəb olur. Çünki energetik içkilərdən həddindən artıq istifadə insanda nevroz, həssaslıq, yuxusuzluq və s. kimi fəsadlara yol aça bilər. Energetik içkilərin antidepressantlarla birlikdə istifadəsi qadağandır.
Bəzi hallarda energetik içkilərdən istifadə ürək-damar xəstəliyinə, qan təzyiqinin artmasına və psixoloji dəyişikliklərə səbəb ola bilər. Energetik içkilərdən adətən imtahana hazırlaşan tələbələr, ofis işçiləri, idmançılar, sürücülər, gecə klubunda vaxt keçirənlər istifadə edirlər", - deyə Nəcibə Axundzadə bildirdi.
Hətta istehsalı yasaqdır!
Bəzi ölkələrdə energetik içkilərin satışına qadağa qoyulub. Misal üçün, Fransa və Filippində, Norveç və Danimarka kimi ölkələrdə bu içkinin satışına qadağa qoyulub. Bu ölkələrdə energetik içkilər ancaq apteklərdə satılır, dərman vasitəsi kimi. Almaniyada ümumiyyətlə energetik içkilərin istehsalı qadağandır.
Qeyd edək ki, energetik içkinin tərkibində olan qlükoza və kofein gənc orqanizmə olduqca ziyandır. Həkimin sözlərinə görə, energetik içkilərin fəsadları xeyrindən olduqca çoxdur.
Türkan Nadirqızı
Milli.Az

N....N92 | 1 dekabr 2014 17:19 | Status: Professional user | Şərh: 4 351
Xəbər üçün təşəkkür
sevinc keder | 29 sentyabr 2012 21:45 | Status: Professional user | Şərh: 3 818
bilirdim amma yenede teşekkurler
P.S | 28 avqust 2012 14:19 | Status: VİP user | Şərh: 995
bilirdim yenede tskler
kokow | 19 avqust 2012 23:47 | Status: Qonaq | Şərh: 0
mence bu ickilerin satiwini qadagan etsinler