Aktual / Xəbəriniz olsun!

Diqqət! Kommunal xidmətlər haqqında xəbər var-Prezidentin sərəncamı

Banu. | 27-02-2020, 22:12
1 522 0
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq.
Məsələ Prezident İlham Əliyevin bugün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.
Sənədə əsasən,Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi 2020–2022-ci illərdə  kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılmasını təmin etməlidir. Həftə.az