Aktual / Xəbəriniz olsun!

Türkiyənin Azərbaycandakı səfirindən viza ilə bağlı MÜHÜM AÇIQLAMA

Banu. | 27-02-2020, 19:59
100 0
Türkiyənin Azərbaycandakı səfiri Özoral, 30 günlük vizasız gediş-gəliş müddəti haqqında danışarkən, "məhdudiyyətlər həm Azərbaycanda, həm də Türkiyədə vətəndaşların şikayətlərinə və bəzi ziyanlara səbəb olurdu" deyə bildirib.
Məlumata görə Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, Türkiyə ilə Azərbaycan arasındakı vizasız gediş-gəliş müddətinin 30 gündən 90 günə qədər uzadıldığını bildirib.
Səfir Özoral, fevralın 25-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında müzakirə olunan məsələləri və imzalanan müqavilələri AA müxbiri üçün dəyərləndirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana çox əhəmiyyətli səfər etdiyini və azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasında iştirak etdiyini bildirən Özoral, iclasda ikitərəfli əlaqələrin bütün istiqamətlərində müzakirələrin olduğunu deyib.
Görüşdən sonra 13 saziş və 1 birgə bəyannamənin imzalandığını qeyd edən Erkan Özoral, bu müqavilələr arasında Güzəştli Ticarət Sazişi, Vizalardan azad olma Sazişi və Naxçıvana gedən dəmir yollarının inşası haqqında razılaşmanın əsas olduğunu qeyd edib.
Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq edildiyini və bu vəziyyətin bəzi sektorlarda Türk və Azərbaycan məhsullarının rəqabət gücünün azalmasına səbəb olduğunu deyən səfir Özoral, bu mənfi vəziyyətin sona çatması üçün Güzəştli Ticarət müqaviləsinin imzalandığını deyib.
"Bu müqavilənin ticarət əlaqələrimizə əhəmiyyətli bir töhfə olacağını gözləyirik" deyən səfir Özoral, müqavilənin tezliklə təsdiqlənəcəyini və qüvvəyə minəcəyini söyləyib.
Yığıncaqda imzalanan Qars-Naxçıvan Dəmiryolu Xətti Layihəsi üçün Anlaşma Memorandumunu da dəyərləndirən Erkan Özoral aşağıdakı məlumatları verib.
"Bakı-Tbilisi-Qars Dəmiryolu Layihəsi başladığı günlərdən bəri bu, həqiqətən də gündəmimizdə idi. Qarsdan Naxçıvana bir dəmir yolunun genişləndirilməsi və bununla əlaqədar işlərin sürətləndirilməsi qərara alındı. Bu əlaqələri şaxələndirmək məqsədi daşıyır. "
Eyni zamanda Özoral, iclasda İğdırdan Naxçıvana təbii qaz boru kəmərinin inşasının da müzakirə olunduğunu da deyib.Sonxeber.az