Aktual / Xəbəriniz olsun!

Bakıda bayram yarmarkaları açıldı

Banu. | 27-02-2020, 14:02
56 0
Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, istehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb.
Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.Publika.az