Aktual / Xəbəriniz olsun!

Rafael Dadaşovun səhhətindən XƏBƏR VAR

Banu. | 26-02-2020, 22:53
53 0
Son vaxtlar Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problemlər yaranıb. Hazırda vəziyyəti necədir? Bununla bağlı Modern.az aktyorun özü əlaqə saxlamağa çalışıb.

Ancaq saytımıza Rəfael Dadaşovun özü yox, oğlu Ayxan Dadaşov açıqlama verib. “Hazırda vəziyyəti qənaətbəxşdir. Sağlıq durumunda müəyyən irəliləyişlər var. Müalicələrini bəzən ev şəratində , bəzən də xəstəxana şəraitində davam etdirir”.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.Big.az