Aktual / Xəbəriniz olsun!

Azərbaycanlı məşhurun həbsxanadan çıxan bacısı: 16 yaşına kimi ərə getməyənə... - FOTO

Banu. | 22-02-2020, 21:40
1 823 0
"Mən 16 yaşımda ərə getmişəm"
Bu açıqlamanı illərdir efirlərdə görünməyən aktrisa Rəhilə İbadova deyib.
Aktrisa efirdən gənc xanımlara tez ərə getməyi də tövsiyə edib:
"O vaxtı Sovetskidə 16 yaşına kimi ərə getməyənə yaxşı baxmırdılar. Deyirdilər "evdə qalıb". O vaxtı elə idi. Özüm də o vaxtı kök idim, böyük görsənirdim".
Qeyd edək ki, bir sıra tamaşalardan tanıdığımız aktrisa Rəhilə İbadova Əməkdar artist, məşhur müğənni Firuzə İbadovanın doğma bacısıdır.
Aktrisa Rəhilə İbadova məhbəs həyatı yaşamağa da məcbur olub. R.İbadova tənha qocaların etibarından sui-istifadə etməkdə ittiham edilərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi həbs olunmuşdu. Aktrisa 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb. Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq demişdi: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım". Aktrisanın müğənni bacısı Firuzə İbadova isə həmin vaxtlar bu hadisə haqda danışarkən "onu bu günə salanları görüm ondan da o yana getsinlər. Mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər" söyləmişdi...
Aktrisa Rəhilə İbadova hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir.Milli.Az