Aktual / Xəbəriniz olsun!

Azərbaycanda 4 uşaq anası kirayəşinə qoşulub qaçdı-ŞOK TƏFƏRRÜAT

Banu. | 20-02-2020, 22:52
6 406 0
Xəzər telekanalın efirində növbəti şok hadisə yaşanıb. 4 uşaq anası kirayəşinə qoşularaq qaçıb.
Xəzər telekanalında Xoşqədəm Baxşəliyevanın verilişinə növbəti müraciət edilib. Belə ki, Ramiz adlı 4 uşaq atası övladlarının ikisini sığıncağa vermək istədiyini bildirib. Səbəb olaraq isə həyat yoldaşının uşaqları onun üzərinə ataraq kirayəşin ilə qaçması göstərilib.
Ata uşaqları ilə bərabər studiyaya gələrək olan hadisələrin təfərrüatını açıqlayıb. Studiyada olanlar məsələyə birmənalı yanaşmayıb. Ekspertlər və veriliş iştirakçıları atanı qınayıblar. Amma Ramiz məsələni belə izah edib:
"İşdən gəldim, saat 3 radələri idi. Poliklinikdan zəng edib uşaqları müayinəyə gətirməyimi istədilər. Yoldaşım mənə dedi ki, həkim məni çağırır, gedirəm. Oğlum Hüseynin başını isə aldadaraq deyib ki, get "skoç" al gəl. Uşaq tapşırılanı alıb gələndə anasının paltarlarını yığaraq kirayəşinimiz Mirzəyev Nazimlə evdən qaçdığını görüb".
Bundan başqa Ramiz qeyd edib ki, yoldaşının bu hərəkəti artıq neçənci dəfədir ki, baş verir. Yəni, onun həyat yoldaşı, 4 uşaq anası Leyla bu hadisədən əvvəl 3 dəfə də evdən qaçıb.Sonxeber. az