Aktual / Xəbəriniz olsun!

Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?

Banu. | 19-02-2020, 21:06
357 0
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılması yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur.

Aşağıdakı hallarda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər:

1) Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

2) Məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

3) Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.