Aktual / Xəbəriniz olsun!

Hicab geyinən Xuraman: "Məclisdə "hicabı çıxart" deyirlər "

Banu. | 4-03-2020, 07:00
148 0
Məşhur müğənni Xuraman Şuşalı "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.
Müğənni verilişdə hicab geyinməyindən danışıb: "Yeddi ildən çoxdur ki, hicab geyinirəm. Buna görə heç peşman olmadım. Çünki özümü belə daha çox rahat hiss edirəm. Sadəcə olaraq, biraz kompleksim var. Ona görə hicaba bəzək-düzək çox verirəm. Əslində hicab sadə olsa yaxşıdır. Amma mən məclislərə gedirəm və orada hamı bəzəkli olur. Mən də kompleksə düşməmək üçün daha çox bəzəkdən istifadə edirəm. Mən əməliyyatsız olduğuma görə kompleksim çoxdur. Bəzən məclislərdə mənə deyirlər ki, "hicabı çıxart, oxu, gedəndə yenə geyinərsən. Burda nə var ki?!".
Necə belə düşünə bilirlər başa düşmürəm?!". Big.az