Aktual / Xəbəriniz olsun!

"Burberry" şousundan sonra İrina Şeykdən EHTİRASLI RƏQS

Banu. | 19-02-2020, 19:45
64 0
Londonda "Burberry"-nin yeni payız və qış kolleksiyasının nümayişi keçirilib.

Dizayner Rikkardo Tişi yeni kolleksiyanı təqdim etmək üçün Kendall Cenner, Bella və Cici Hədid, Coan Smolls kimi məşhur modelləri dəvət edib.

Podiuma çıxanlar arasında dizaynerin geyimlərindən daim istifadə edən İrina Şeyk də olub.

"Olympia National" mərkəzində keçirilən şoudan dərhal sonra ulduzlar klubda əylənməyə yollanıblar.

Kişilərin əhatəsindəki ehtiraslı rəqsinin görüntülərini Şeyk şəxsi "İnstagram" səhifəsində paylaşıb.

Həmin video 2,5 milyondan çox izlənilib, 4 minə yaxın "ürək" toplayıb.Big.az