Aktual / Xəbəriniz olsun!

"Bu gün hədiyyəmi o verəcək" - Könül Kərimova sevgisindən danışdı

Banu. | 14-02-2020, 10:42
366 0
Əməkdar artist Könül Kərimova "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
Veriliş zamanı aparıcı Nanə Ağamalıyeva müğənniyə "bu gün ilk gül dəstəsin kimdən qəbul edəcəksiniz?" sualını ünvanlayıb.
Könül Kərimova ilk gülü ona oğlunun verəcəyini bildirib: "İlk hədiyyəm həmişə oğlumdan gəlib. Bu gün də hər zaman olduğu kimi, gül dəstəmi o verəcək. Oğlum həyatımdakı ən dəyərli varlığımdır. Ən böyük arzum onun ailə qurduğunu görməkdir. Bunu səbirsizliklə gözləyirəm. Hər bir işimdə oğlum dayağımdır. O, mənim hər şeyimdir. Səhnədə, həyatda hər bir addımımda onu fikirləşirəm. Onun məsuliyyətini dərk edirəm".