Aktual / Xəbəriniz olsun!

"Bir evdə ayrı otaqlarda qaldıq"

Banu. | 7-02-2020, 23:16
20 135 0
Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramına qonaq olan aktrisa Sevinc Əliyevaya keçmiş həyat yoldaşı, rejissor Fuad Əlişovla bağlı sual ünvanlayıb.
O, sənətçinin yayda Fuadla birlikdə istirahətə getdiyini açıqlayıb.

Zaurun F.Əlişovla bağlı dediyi "Yayda birlikdə istirahət edirdiz. Eyni yerdə qaldız" sözlərə aktrisa belə cavab verib:

"Sadəcə, uşaqlara görə birlikdə istirahət etdik. Getdik dincəldik və qayıtdıq. Bir evdə, amma ayrı otaqlarda qaldıq".


Qeyd edək ki, Fuad və Sevinc cütlüyünün 3 övladı var. Onlar 2007-ci ildə ailə qurub və 2016-cı ildə boşanıb. big.az