Aktual / Xəbəriniz olsun!

Səidə ehtiraslı rəqsi ilə göz qamaşdırdı - VİDEO

Banu. | 4-02-2020, 22:51
935 0
Məşhur müğənni Səidə Sultan paylaşımı ilə gündəmə səs salıb.
Açıqlamaları ilə şou əhlinin yuxularını ərşə çəkən dilli-dilavər Səidə gözəllik salonlarlarının birində verilişə hazırlaşarkən qol qaldırıb, o ki var oynayıb. Xarici musiqi sədaları altında sənətçi ehtiraslı və seksual rəqsi ilə əks cinsin nümayəndələrinin diqqətini çəkib.
Əyninə geyindiyi açıq-saçıq qara rəngdə qısa, sinə və kürək dekolteli geyimi ilə Səidə göz qamaşdırıb. Şıltaq müğənninin az zaman çərçivəsində “Instagram” hesabında yayımladığı rəqs videosuna 250-dən çox rəy gəlib. “Çox seksualsan”, “Belə arıq qalmağının bir sirri var?”, “Verilişə çıxırsız deyə, belə qapalı geyinmisiz?”, “Başındakı parikdir ?” kimi rəylər gəlib.
Səidə isə yazılan şərhlərə heç bir reaksiya verməyib.oxu.az