Aktual / Xəbəriniz olsun!

Vasiflə Xatirə arasında 50 min dollarlıq müqavilə

Banu. | 27-01-2020, 19:47
92 0
"Xəzər" TV-də yayımlanan "Şən bazar" səhər şousunda qonaq olan Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə yenə də diqqətləri öz üzərinə cəmləyib.
Proqramda Xatirə İslamla qonaq olan Vasif duet həmkarı ilə müqavilə imzaladıqlarını bildirib:
"Xatirə ilə müqaviləmiz var, kim pozsa, 50 min dollar ödəyəcək".
Vasifin fikirlərini sonra Xatirə kişi həmkarlarından saysız-hesabsız duet təklifləri aldığını deyərək, davam etdirib:
"Oğlan dostlarımız var, gəlirlər ki, əla mahnıdır, ancaq səninlə duet oxuya bilərəm. Deyirəm ki, gərək məni başa düşəsiniz, olmaz. Kim mənimlə oxumaq istəyirsə, 50 min cəriməni ödəsin, sonra oxuyum".sonxeber.az