Aktual / Xəbəriniz olsun!

Sevda şəxsi həyatı haqda bütün həqiqəti açdı: “Məni boşadırlar…”

Banu. | 25-01-2020, 18:49
333 0
Müğənni Sevda Yəhyayeva şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
İfaçı  açıqlamasında tez-tez ailə qurması haqqında yayılan şayiələrə münasibət bildirib: “Evlənmək qismət məsələsidir. Hamı məni evləndirir, boşadır. Bu planla deyil. Hazırda şəxsi həyatımda heç kim yoxdur”.
Müğənni “Pantene Altın kelebek” müsabiqəsindən də danışıb: “Önəmli tədbirlərindən biridir. Üç ildir ki, Azərbaycan da dəvət olunur. Bu dəfə müsabiqədə mən də iştirak edirəm. Xəyyam Nisanov və Murad Arif müsabiqədən imtina ediblər. Amma mənim belə bir fikrim yoxdur. Sonuna qədər iştirak edəcəm. Mən Röya Ayxanı qalib görürəm”.
İfaçı “Qalib olmağa iddialı deyilsinizmi?” sualına isə belə cavab verib: “Hər şey ola bilər. Kim qalib olsa, fərqi yoxdur, əsas odur ki, layiq olsun. Mən qalib olmaq və mükafat qazanmaq üçün özümü öldürmürəm. Müsabiqədə iştirak etmək də qalibiyyətdir. Kim qalib olarsa, onu təbrik edəcəm. Mən qalib gəlsəm, yəqin ki, onlar da məni təbrik edəcəklər”.
"Röya Ayxanla rəfiqəsiniz. Şou-biznesdə dostluq münasibətini qorumaq çətindir. Nə zamansa küsülü qaldığınız vaxt olurmu?" sualına isə Sevda Yəhyayeva belə cavab verib: “Şou-biznesdə dostluq münasibəti çox davam etmir. Amma biz dostluğu bacarırıq. Əlbəttə, aramızda inciklik olur və bu da normaldır.
Çox sevinirəm ki, ətrafımda şou-biznes nümayəndələrindən və başqa sahədə çalışan yaxşı dostlarım var. Onların həqiqi dost olduqlarını hər addımda hiss edirəm. Mənim düşmənim yoxdur. Çünki heç kimlə işim yoxdur…”teleqraf.com