Aktual / Xəbəriniz olsun!

Nazilə Səfərli: "Əgər üzərimə kimsə gəlirsə, qaçıb divanın arxasında gizlənəsi deyiləm"

Banu. | 25-01-2020, 09:12
43 0
Bu gün tanınmış şairə Nazilə Səfərlinin doğum günüdür. O, ad gününü aparıcılıq etdiyi ARB telekenalının efirində yayımlanan "Ona qalsa" verilişində qeyd edib. Bildiririk ki, şairə aparıcısı olduğu verilişə tanınmış sənət nümayəndələri ilə yanaşı ana-atasını da dəvət edib. Atası ona doğum günü münasibətilə arzularını deyərkən maraqlı bir məqama toxunub:

"Doğum günün mübarək olsun, bütün xalqın qarşısında arzu edirəm ki, çalışıb qalmaqaldan uzaq olasan". Şairənin atasının belə arzusuna cavabı isə gecikməyib: "O mənim özümdən asılı olan bir məsələ deyil. Əgər mənim üzərimə kimsə gəlirsə, qaçıb divanın arxasında gizlənəsi deyiləm. Məcburam qarşısına cıxam. Siz mənə yaltaq olmamağı, doğrunu deməyi öyrətmisiniz. Demisinizsə, mənə bundan sonra bu ağılı verməyin. Qalmaqal gəlirsə, qarşısına çıxmalıyam".
Qeyd edək ki, şairə bu il 41 yaşını qeyd edir. big.az