Aktual / Xəbəriniz olsun!

"Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər"18+

Banu. | 24-01-2020, 11:28
3 604 0

"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".
Bu sözləri müğənni Damla "5/5" verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan "18+" videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.


Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:

"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".

"İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdi bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki... Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır" deyə, Damla cavab verib. big.az