Aktual / Xəbəriniz olsun!

Gəncədə itkin düşən qadın görün haradan tapılıb

Banu. | 23-01-2020, 12:06
117 0


Gəncədə itkin düşən qadın tapılıb.

Hadisə yanvarın 6-da şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Sevinc Quluyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quluyeva Gəncə şəhər ərazisində tapılaraq yaxınlarına təhvil verilib.